Bakıda “Range Rover”dən oğurluq edilib

Bakıda oğurluqda etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Range Rover” markalı bir avtomobildən içərisində 920 manat olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR