Yaşar Vahabzadə Antalyada 2 futbolçu bəyəndi

Yaşar Vahabzadə Antalyada 2 futbolçu bəyəndi
11:42 19 Yanvar 2015
158 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqası klublarının və aşağıyaşlı yığma komandaların təlim-məşq toplanışlarını izləmək məqsədilə Turkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına açıqlama verib. Fanat.az xəbər verir ki, iki futbolçunu U-21-ə dəvət edəcəyini açıqlayıb:


"Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil. “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR