"Yüksəliş"in qalibi nazirlikdə yüksək vəzifəyə

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə "Yüksəliş"dən xəbər verilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibi Turxan Süleymanın mentorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR