Silahlı birliklərimiz sentyabra qədər Qarabağdan çıxacaq -

“Ermənistanın 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələr sentyabr ayına qədər bölgədən çıxacaq”.

Metbuat.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə açıqlaması zamanı belə deyib. O bildirib:

“Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bəzi birlikləri Qarabağa getdi. Atəşəkəs elan ediləndən sonra geri qayıtmağa başladılar. Geri çəkilmə prosesi sentyabra qədər yekunlaşacaq. Yerli müdafiə qüvvələri Qarabağda qalacaq. Qarabağda təhlükəsizliyin Rusiya sülhməramlıları tərəfindən təmin edilməsi davam edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR