Ərdoğan İranda bu musiqi ilə qarşılandı - Rəsmi mərasim /

İranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılama mərasimi zamanı səsləndirilən musiqi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, rəsmi qarşılama mərasimi zamanı “Çağırış” filminin musiqisi səsləndirilib. Ardınca mərasimdə iki ölkənin himnləri səsləndirilib.

Qeyd edək ki, “Çağırış” filmi islam dünyasının tarixində böyük yer tutan Məhəmməd Peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR