Azərbaycanda hər il ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən ediləcək

Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, bu il avqustun 1-nə qədər, növbəti illərdə isə hər il iyulun 1-nə qədər ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanda öz əksini tapıb.

Xatırladaq ki, fərmana əsasən, İlkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdiyi ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR