Bakının Asif Əsədullayev küçəsi təmir olunur -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Asif Əsədullayev küçəsini təmir edir.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 p/m piyada səkiləri yenilənib. Hazırda ərazidə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq küçənin 600 metrlik hissəsində asfalt örtüyünün birinci qatının vurulması işləri yekunlaşıb.

Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Bu il Sabunçu rayonu üzrə 12,7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik ötən il rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR