Putin təhdid etdi, Şoyqu “vur” əmri verdi:

“Ukraynada müharibə daha aqressiv mərhələyə keçir”.

Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun komanda mərkəzindəki yoxlamaları zamanı hərbçilərə “vur” əmrini verməsini şərh edən müəllif qeyd edib ki, Rusiya ordusu daha aqressiv olacaq. Qəzetin xəbərinə görə, Rusiya Ukraynadakı müharibəyə nisbətən fasilə vermişdi və artıq ordu yenidən hücum taktikasına keçir. Qəzet Şoyqunun komanda mərkəzinə getməsinin Prezident Vladimir Putinin “Ukraynada ciddi heç nəyə başlamamışıq” deməsindən sonra reallaşmasına diqqət çəkib.

Qeyd edək ki, Sergey Şoyqu ordunun Ukraynadakı komanda mərkəzində hərbçilərə Ukrayna ordusunun Donbas və digər vilayətlərdə əks-hücuma keçməsi ehtimalınının qarşısını almaq və Qərbdən gələn silahları məhv etmək üçün “vur” təlimatı vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR