Reytinq cədvəli: Azərbaycan xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Metbuat.az xəbər verir ki, , "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin "Sürix" klubu üzərində əldə etdiyi 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Bununla da Azərbaycan 28-ci pillədə qərarlaşıb.

Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR