“Galatasaray” ulduz hücumçunun transferini açıqladı:

“Galatasaray” İsveçrə millisinin ulduz futbolçusu Haris Seferoviçi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə türk təmsilçisi açıqlama yayıb. Məlumata görə, futbolçu icarə əsasında kluba cəlb edilib. Türk təmsilçisi onun oyunundan razı qalarsa birdəfəlik transfer etmək hüququ var. İcarə müddəti 1 ildir. Futbolçunun alacağı məvacib barədə açıqlama verilməyib. Transferin detallarının futbolçunun təqdimetmə mərasimində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hücumçunun son klubu “Benfika” olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR