İsrail ordusu Qəzzanı bombaladı

İsrail ordusu Qəzza zolağına hücum təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Bildirilir ki, hücumun hədəfində “Həmas” təşkilatına məxsus mövqe olub. Fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, hücumdan əvvəl fələstinlilərin sərhəddə atəş açdığı barədə xəbərlər yayılmışdı. İddialara görə, fələstinlilər sərhədə yaxın ərazidə yerləşən sənaye binasına atəş açıb. Fələstin tərəfi məsələ barədə açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR