Azərbaycanda 4-cü doza vaksin tətbiq oluna bilər -

"Peyvənd proqramında növbəti dozaların tətbiqi mütləq qaydada hər hansı məqamda tətbiq olunacaq".

Metbuat.az xəbər verir ki, bunu "ARB24"də yayımlanan "Gündəm" verlişində qonaq olan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib:

"Belə ki, hələ koronavirusa qədər mövsümi qripə qarşı profilaktik tədbirlər çərçivəsində yeni ştamların əmələ gəlməsi ilə bağlı il ərzində bir dəfə peyvənd olunurduq. Bunu hamı könüllü edirdi. Lakin koronavirus digər qrip formalarından fərqlənir".

Onun sözlərinə görə, vurulan peyvəndin təsiri 6 aydan sonra azala və ya yox ola bildiyindən yeni doza vasksinlərin tətbiqi mütləq olacaq: "Bu tövsiyyə xaraketli olsa da, əhali mütləq qaydada qoruyucu tədbir kimi özləri müraciət edə biləcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR