Putinin böhranın həlli üçün tək şərti var:

Rusiya Ukraynadan taxıl ixracının təhlükəsiz şəkildə təmin edilməsi üçün şərtini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya taxılına tətbiq edilən sanksiyalar ləğv edilərsə, Moskva Ukrayna taxılının ixracına şərait yaradacaq:

“Ukraynadan taxılın ixracı üçün Prezident Rəcəb Tayyib Ərdoğan çox işlər görüb. Rusiya taxılına məhdudiyyət aradan qaldırılsa, biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq. ABŞ ərzaq bazarındakı problemi aradan qaldırmaq istəyirsə, Rusiya taxılına tətbiq edilən bütün məhdudiyyətləri ləğv etməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR