İmran Xanın tələbi rədd edildi:

Pakistanın koalisiya hökuməti keçmiş baş nazir İmran Xanın növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə çağırışını rədd edib.

Metbuat.az xəbər verir ki, koalisiya nümayəndələrinin açıqlamasına görə, hökumət səlahiyyət müddəti yekunlaşana qədər hakimiyyətdə qalacaq. Yerli medianın məlumatına görə, Baş nazir Nəvaz Şərif koalisiya nümayəndələri ilə bir araya gələrək, növbədənkənar seçkilərin yaxşı seçim olmadığını bəyan edib.

Qeyd edək ki, İmran Xan hökumət qarşısında parlament seçkilərinin keçirilməsi barədə tələb qoyub. O bildirib ki, tələb yerinə yetirilməsə ölkə vətəndaş müharibəsinə sürüklənəcək. Bir neçə həftə əvvəl aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə vaxt vermişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR