Ərdoğan və Putin Tehranda Azərbaycana dair müzakirə aparıb -

“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. Həmin görüş də cənab İlham Əliyevin dediyinə görə müsbət keçib. O görüşdən sonra biz İlham Əliyevlə ayrıca bir daha görüşmüşdük. Aldığım məlumatlara görə, işlər istiqamət üzrə gedir və yaxında İnşallah orada hava limanının açılışı olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR