Gəncədə qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb -

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində fiziki şəxs Hacıyev Faiq Gülmalı oğluna məxsus “Ləzzət” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, istehsalatda istifadə müddəti bitmiş bitki yağlarından istifadə olunduğu, satışı həyata keçirilən məhsulların üzərində istehsal və son istifadə tarixlərinin göstərilmədiyi, həmçinin mal qonşuluğu prinsipinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR