"Ümid edirəm ki, sabah yaxşı oyun göstərəcəyik" -

"Sabah bizim üçün çox vacib gündür. İlk rəsmi matçımıza çıxacağıq. Ağır hazırlıq dönəmi keçmişik. Ümid edirəm ki, sabah komandamız yaxşı oyun göstərəcək və növbəti mərhələyə doğru böyük addım atmış olacağıq".

Metbuat.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Kiprdə "Aris"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR