ÜST xəbərdarlıq etdi:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yeni yoluxma hallarının sayının son 6 həftədə demək olar, iki dəfə artdığını qeyd edib:

"COVID-19-dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır. Artan yoluxmalar qarşıdakı həftələrdə xəstəxanalara daha çox yerləşdirmə və ölüm hallarını gözləyə biləcəyimiz anlamına gəlir", - o deyib.

Qebreyesus bildirib ki, ölüm halları yeni ştamla da bağlı ola bilər, bütün ölkələr buna hazır olmalıdır.

Bizi teleqramdan izləyin:https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR