İranın səfiri israilli həmkarının Təbrizlə bağlı fotosuna cavab verdi -

Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı səfiri Corc Dikin oxuduğu “Təbrizin sehirli nağılları” kitabı ilə paylaşdığı foto və Təbrizin Azərbaycan tarixi, mədəniyyətində rolu barədə yazıb.

Metbuat.az xəbər verir ki, İranın Azərbaycandakı səfiri tərəfindən cavab tviti gecikməyib. Belə ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi yazdığı tvitdə həmkarını ölümlə təhdid edib:

“Bu macəraçı oğlana məlumat üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi tviter səhifəsində yazıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR