Rusiya neft satışını dayandıra bilər

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ölkəsinin neft hasilatı ilə bağlı planını açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, neftin qiyməti hasilatın maya dəyərindən aşağı olarsa, Rusiya neftini dünya bazarlarına çıxarmayacaq. Novak neftin qiyməti ilə bağlı proqnoz verməyib.

Qeyd edək ki, Qərb ölkələri Rusiya neftinə sanksiya tətbiq etməyi nəzərdən keçirir. Bazarlardakı neftə olan tələbatın artmaması üçün Qərb digər neft ölkələrini hasilatı artırmağa çağırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR