Rusiyanın Ukraynadakı itkiləri açıqlandığı kimi deyilmiş:

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns Rusiyanın Ukraynada verdiyi itkiləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya müharibədə 15 min hərbçi itirib. Burns qeyd edib ki, Ukraynanın müharibədə verdiyi itkilərin sayı da bu rəqəmə yaxındır:

“İtkilər barədə dəqiq rəqəmlər yoxdur. Təxmini rəqəmlər var. ABŞ kəşfiyyatının son təxminlərinə görə, 15 min civarında ölü var. Bunun 3 qatı yaralı var. Dolayısı ilə ciddi itkilər var. Ukrayna da çox itkilər verdi. Ehtimal edilir ki, Rusiyanın itkilərindən daha az".

Qeyd edək ki, Ukraynanın Baş Qərargahı Rusiyanın müharibədə indiyə qədər 40 minə yaxın itki verdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR