İtaliyanın Baş naziri vəzifəsindən

İtaliyanın baş naziri Mario Draqi vəzifəsindən istefa verdiyini təsdiqlədi.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Draqi rəsmi olaraq istefasını prezident Sergio Mattarellaya təqdim edib və istefası qəbul edilib.

Draqinin istefası onun vəzifədə qalması ilə bağlı çağırışlara, o cümlədən onu təkcə İtaliyada sabitliyin təmin edilməsində əsas deyil, həm də Rusiyanın Ukraynadakı müharibəsi ilə mübarizədə tərəfdaş kimi görən dünya liderlərinin çağırışlarına baxmayaraq baş verib.

Onun gedişi çox güman ki, 25 sentyabr və ya oktyabrın 2-də keçiriləcək növbədənkənar seçkilərə səbəb olacaq. Mümkündür ki, ölkənin prezidenti Draqidən seçkilərdən sonra yeni hökumət qurulana qədər müvəqqəti baş nazir vəzifəsində qalmağı xahiş edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR