Prokurorun narkotik satan dəstəyə rəhbərlik etdiyi

Türkiyədə Konya Narkotiklə Mübarizə qrupları Adanadan Konyaya heroin daşımaları həyata keçirən cinayət təşkilatına basqın edərək bir polis maşınını saxlayıb.

Metbuat.az "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, narkotiklə mübarizə qrupları polis məmuru olan narkotik kuryerinin telefonunu araşdıraraq, polisin də daxil olduğu 20 nəfərdən ibarət dəstəyə prokurorun rəhbərlik etdiyini müəyyən edib.

Avtomobilə baxış zamanı 25 kiloqram heroin götürülüb və kuryerin elə polis əməkdaşı olduğu məlum olub.

“Sabah” qəzetinin xəbərinə görə, şübhəli F.K-nın (şərti ad) telefonundakı “Whatsapp” mesajlaşma tətbiqini araşdıran polis, müəyyən edib ki, həmin kuryer Terror Cinayətləri İstintaq Bürosunda çalışan Respublika Prokuroru Osman Yarbaşından narkotik daşımaları haqqında göstəriş alıb.

Aparılan araşdırmalarda təşkilatın rəhbərinin Respublika Prokuroru Osman Yarbaş, təşkilatın sədr müavininin Narkotiklərlə Mübarizə Şöbəsində çalışan polis əməkdaşları Cahit Kutluk və Semiyan Kutluk olduğu müəyyən edilib.

8 aylıq texniki təqib və araşdırmalardan sonra prokuror Yarbaşın Antalyada məktəb dostundan avtomobil aldığı və həmin avtomobili narkotik daşınması üçün istifadə etdiyi müəyyən edilib. Osman Yarbaşın narkotik vasitələrin daşınmasından əvvəl təşkilat üzvlərinə göstəriş verdiyi, dərmanları çatdıracaq kuryerlə görüşdüyü, çatdırılmanın necə olacağı ilə bağlı göstəriş verdiyi müəyyən edilib.

Əməliyyatda 20 nəfəri saxlanılıb. Təşkilatın rəhbər müavinləri və polis əməkdaşları da daxil olmaqla 14 şübhəli həbs edilib.

Polis həmçinin narkokuryerlik edən məmurun şübhə çəkməmək üçün hamilə həyat yoldaşını da narkotik daşınmaları zamanı özüylə apardığı müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR