Dünyanın ən yaşlı erkək pandası vəfat etdi

Dünyanın ən yaşlı erkək pandası Honq-Konqdakı "Okean Park"ında zooparkda ölüb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, An An adlanan panda 35 yaşında evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkənlərin həyatdan məhrum edilməsi - red.) edilib.

Pandanın saxlanıldığı "Okean Park"ının rəsmiləri deyiblər ki, bu qərar pandanın səhhətində son bir neçə həftə ərzində sabit pisləşmə əlamətləri görüldükdən sonra qəbul edilib. Pandanın qida qəbulunun tədricən azaldığı və bərk qida qəbulunu tamamilə dayandırdığı, həmçinin yalnız maye qidalarla dolandığı bildirilib. Pandanın baxıcıları da onun fəaliyyət səviyyəsinin aşağı düşdüyünü və istirahət müddətlərinin getdikcə uzandığını müşahidə ediblər. Park rəsmiləri də pandanın narahatlığını azaltmaq üçün evtanizasiya etmək qərarına gəliblər.

Qeyd edək ki, panda An An yoldaşı Jia Jia ilə birlikdə 1999-cu ildə Çinin mərkəzi hökumətindən Honq Konqa hədiyyə edilib. Pandanın 35 il ömrü isə 105 yaşına qədər yaşayan insan ömrünə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR