Çavuşoğlu iddiaları rədd etdi:

“Türkiyə ordusunun İraqda dinc insanları atəşə tutması ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Metbuat.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki,Türkiyə Silahlı Qüvvələrinin İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumu olmayıb.

Qeyd edək ki, PKK terrorçuları İraqın Dəhük vilayətindəki turistik ərazini bombalayıb. Ərazinin bombalanması nəticəsində 10 nəfər həlak olub. 23 yaralı var. Məlumata görə, PKK terrorçuları tərəfindən təşkil edilən hücumun məqsədi təxribat törətmək olub. Hücumdan dərhal sonra terrorçulara yaxınlığı ilə bilinən media platformaları hücumun Türkiyə ordusu tərəfindən təşkil olunduğunu irəli sürüblər. İraq Türkiyədəki səfirini geri çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR