Azərbaycanda traktor alovlandı: Yanğın meşəyə keçdi -

Şamaxıda otbağlayan traktor hərəkətdə olarkən yanmağa başlayıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Məlhəm kəndi yaxınlığında baş verib.

Belə ki, yol ilə hərəkət edən otbağlayan traktor qoşqusu anidən alışıb. Daha sonra isə yanğın yaxınlıqdakı dağlıq-meşəlik əraziyə keçib.

Artıq əraziyə FHN-in yanğın söndürən maşınları cəlb olunub. Qüvvələr yanğının geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Bununla bağlı görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR