"Fehervar"-"Qəbələ" oyununda üzücü olay -

Konfrans Liqasının ikinci təsnifat mərhələsində səfərdə “Fehervar” klubu ilə qarşılaşan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov rəqiblə toqquşaraq huşunu itirib.

Metbuat.az xəbər verir ki, o, qarşılaşmanın 37-ci dəqiqəsində rəqiblə toqquşmadan sonra yerdə qalıb.

Dili qatlanan futbolçu həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, meydanı xərəkdə tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR