"Zirə" ilk görüşdə “Makkabi”yə uduzdu -

Konfrans Liqasında çıxış edən “Zirə” II təsnifat mərhələsinin ilk oyununda Təl-Əviv “Makkabi”si ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, Bakıdakı görüş Premyer Liqanın bürünc mükafatçısı üçün uğursuz alınıb.

İsrail təmsilçisi artıq ilk yarıda iki dəfə fərqlənib. Qavriel Kaniçovski və Corce Yovanoviç birinci hissədə Mehdi Cənnətovun qapısına yol tapıb.

“Zirə” oyunda dönüş yaratmağa çalışsa da, komandanın səyləri bəhrəsiz qalıb. Qonaqlar isə fasilədən sonra da daha effektli hücumlar təşkil edib.

Bunun nəticəsində Təl-Əviv klubu hesabdakı fərqi də artırıb. Corce Yovanoviç özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Zirəlilər ən azı təsəlli qolu vurmaq üçün irəli atılsa da, öz qapıları önündə daha çox yaddaqalan təhlükəli epizod yaranıb. Beləliklə, qəsəbə klubu “Dalğa Arena”dakı ilk dueldən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:3
Qollar:
Qavriel Kaniçovski, 18, Corce Yovanoviç, 22, 54


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR