Qiymətli metallar və onların ərintilərinin analiz metodlarına dair dövlət standartı qəbul edilib

Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu dövlət standartı təmizlənmiş metallar daxil olmaqla, qiymətli metalların (qızıl, gümüş, platin, palladium, rodium, iridium, rutenium və osmium) və qiymətli metallar əsaslı ərintilərin analiz üsullarına dair ümumi, həmçinin təhlükəsizlik tələblərini müəyyən edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR