Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib.
Metbuat.az xəbər verir ki, qurumun Fövqəladə hallar komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub. Komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.
Son statistikaya görə, dünyanın 71 ölkəsində 15 300 nəfər meymunçiçəyinə yoluxub.