Küləkli hava nə vaxtadək davam edəcək? -

Artıq günlərdir ki, ölkədə küləkli hava şəraiti hökm sürür.

Metbuat.az-ın sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında həftəsonunadək davam edəcək:

"Şimal-qərb küləyinin maksimal sürəti 15-20, bəzi yerlərdə 23-28 m/s olacaq. Bölgələrdə də bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 25-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yarağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Gözlənilən yağışla əlaqədar çaylarda sululuğu artması ehtimalı var" .

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR