Rusiya Ukraynada 39000 hərbçi itirib

“Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 39000 hərbçisi məhv edilib”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1704 tank, 3920 zirehli döyüş maşını, 863 artilleriya sistemi, 251 reaktiv yaylım atəşi sistemi, 221 təyyarə, 188 helikopter, 713 PUA və digər hərbi texnikalardan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR