​​​Azərbaycanda hər il ali məktəblərə qəbul olunanların sayı 75 000 nəfərə çatdırılacaq

Azərbaycanda 2026-cı ilə kimi ali təhsil müəsisələrinə qəbul olanların sayının hər il 75 000 nəfərə çatdırılması nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə bildirilib ki, ali təhsilin əlçatanlığının və əhatəliliyinin, o cümlədən dövlət sifarişi yerlərinin sayının artırılması əsas fəailiyyət sırasındadır.

Bundan başqa, əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR