Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq ediləcək

Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq ediləcək.

Metbuat.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2022-2023-cü illərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının layihəsini təsdiq üçün təqdim etməlidir.

2023-cü ilədək “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq edilməli, ictimai nəqliyyat üçün “Mobillik Xidmət kimi (MaaS)" təcrübəsinin tətbiqi təmin edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR