“Galatasaray”dan İLİN TRANSFERİ:

İngiltərədə futbol oynayarkən dünyanın ən yaxşı hücumları arasında göstərilən Marko Arnautoviç “Galatasaray”a transfer olmağa yaxındır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi hücumçunun meneceri ilə danışıqlara başlayıb. Futbolçu Türkiyəyə gəlməyə razılıq verib. Bildirilir ki, tərəflər maliyyə məsələlərini müzakirə edirlər. 33 yaşlı futbolçunun məvacibi 4 milyon avro olduğuna görə, “Galatasaray” bu məbləği azaltmaq üçün çalışır.

Qeyd edək ki, Marko Arnautoviç “Stok Siti”,“Vesthem Yunayted”, Verder Bremen” kimi klublarda futbol oynayıb. Onun hazırki klubu “Boloyna”dır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR