"Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modeli tətbiq oluncaq" -

"Strategiyanın təsdiqi Azərbaycanda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq oluncağı anlamına gəlir"

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekpert, millət vəkili Vüqar Bayramov deyib:

"Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. 5 əsas istiqaməti özündə ehtiva edən Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur.

Bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir.

Strategiyanın təsdiqi Azərbaycanda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq oluncağı anlamına gəlir. Ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 2022‒2026-cı illər əhatə edəcək. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir".

O bildirib ki, növbəti illərdə qeyri-neft ixracı artacaq:

"Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artması və özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılması hədəflənir.

Sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin əsas mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur.Belə ki, Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatıdırlması hədəflənir".

Vüqar bayrmaov qeyd edib ki, ölkənin tranzit yükdaşımalardan gəlir əldə edərək 2019-cu illə müqayisədə 2 dəfə çox gəlir əldə edəcəK:

"Ərzaq təhlükəsizliyi baxımdan prioritet olan kənd təsərrüfatında orta illik artımın 4 faiz olacağl proqnozlaşdırılır. Sənədə əsasən, nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln manatdan 2 dəfəyədək artaraq, 2026-cı ildə 450 mln manata çatacağı hədəflənir. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacağı gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı proqnozlaşdırılır.

Sənəddə fəaliyyətlər ayrıcaq matrix formasında qruplaşdırılıb və bu da hədəflərə necə nail olunmasını illik olaraq izləməyə imkan verərək. Bütövlükdə yeni prioritetlər islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir", deyə ekspert bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR