Türkiyə və Suriya orduları üz-üzə dayandı:

Türkiyənin Suriyanın şimalındakı mümkün hərbi əməliyyatı Dəməşqi hərəkətə keçirib.

Metbuat.az xəbər verir ki, Suriya PYD terrorçuları ilə əməkdaşlığa başlayıb. Suriya hökuməti Türkiyənin hərbi əməliyyatlarına mane olmaq üçün hərbçiləri PYD terrorçularının nəzarətindəki sərhəd bölgələrə yerləşdirib. Röyters agentliyinin məlumatına görə, hərbçilər Suriya bayrağı ilə sərhədə gəliblər.

Qeyd edək ki, Prezident Bəşər Əsəd Türkiyənin hərbi əməliyyatlarına etiraz etmiş, buna hərbi formada cavab verəcəklərini ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR