Ərdoğan hamını sevindirən xəbəri açıqladı:

“BMT, Rusiya, Ukrayna nümayəndələrinin iştirakı ilə taxıl dəhlizi ilə bağlı problemləri həll edərək imzalar atılacaq və dünyaya müjdəyi verəcəyik”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib.

Qeyd edək ki, İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin görüşü keçiriləcək. Görüşdə tərəflər Ukrayna limanlarında qalmış taxılın təhlükəsiz şəkildə dünya bazalarına çıxarılmasını əhatə edən sənəd imzalayacaq. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, BMT Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi nəzərdə tutulub.

Taxılın dünya bazarlarına çıxarılması qida böhranını azaldacaq, qidalardakı qiymət artımına mane olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR