Zelenski: “Böyük Britaniyanın Ukraynaya dəstəyi barədə təminat aldım”

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, Britaniya hökumət başçısını Ukraynanın böyük dostu adlandıran Zelenski Boris Consonla müntəzəm əlaqə saxladığını bildirib.

“Biz Böyük Britaniyada Ukrayna əsgərlərinin təlimlərinin intensivləşdirilməsi və digər çoxşaxəli hərbi əməkdaşlıq haqqında danışdıq. Mən Böyük Britaniyanın Ukraynaya dəstəyinin güclü və birmənalı olaraq qalacağına dair təminat aldım”,- deyə Zelenski vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR