Türkiyə ordusu 289 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı 289 “PKK”lı terrorçunu zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində, həmçinin terrorçulara məxsus 330 mağara və sığınacaq məhv edilib.

Xatırladaq ki, “Pençe-Kilit” antiterror əməliyyatı cari il aprelin 17-sində başladılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR