“Azerbaijan Design Summit 2022” adlı dizayn tədbiri baş tutub -

17 iyul tarixində Nizami kinoteatrında “Azerbaijan Design Summit 2022” adlı dizayn tədbiri baş tutub.

“Azerbaijan Design Summit 2022” dizayn sahəsində sözünü demiş dizaynerlərin, incəsənət xadimlərinin və yeni başlayanların görüş yeridir. Qeyri-adi ideya sahiblərinin fikir mübadiləsi etdiyi, dizayn sahəsinin ölkəmizdəki inkişafından bəhs edildiyi bu tədbir dizaynın bir çox sahəsini əhatə edir.

“Azerbaijan Design Summit 2022” tədbiri çərçivəsində beynəlxalq poster baş tutub. “Tipoqrafiya və sülh” mövzulu poster yarışında ölkəmizdən və 30 digərölkələrdən dizaynerlər iştirak edib.

Yarışmada qaliblər yerli və xarici münsiflər tərəfindən seçilib. Tədbir günü qaliblərin posterləri mükafatlandırılıb və seçilən ümumi 50 poster tədbirdə iştirak edənlər üçün sərgilənib.

Tədbirdə Adəm Yunisov, Elçin Məmmədov, Emil İsmayılov və Faiq Əhməd kimipeşəkarlar dizaynerlər və incəsənət xadimləri spiker kimi çıxış ediblər.

Bundan başqa, Türkiyədən dəvət edilən tanınmış akademik qrafik dizayner Doğan Arslan öz təcrübələrini dizayn sevərlərlə bölüşüb.

Qeyd edək ki, tədbir haqqında yeniliklərdən xəbərdar olmaq üçün “Azerbaijan Design Summit 2022”-in rəsmi sosial və veb səhifəsini izləmək yetərlidir.

Daha ətraflı:

Web: azerbaijandesignsummit.az

Facebook: azerbaijandesignsummit

Instagram: azerbaijandesignsummit

Linkedin: azerbaijandesignsummit

Twitter: Azedesignsummit


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR