Riyaziyyat fənni üzrə əlavə MİQ imtahanının

2022-2023-cü tədris ili üçün Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən əlavə test imtahanı iyulun 25-də keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib. İmtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi vaxt və məkanla tanış ola bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR