Azərbaycanda ağır qəza: 24 nəfər yaralandı –

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosununun məlumatına görə, hadisə rayonun Qaramusalı kəndində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 24 nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alanların “Azərşəkər”in fəhlələri olduqları bildirilib.

Onların siyahısı aşağıdakı kimidir:

2004–cü il təvəllüdlü Həsənli Məmməd Şapay oğlu, Qarasüleymanlı kənd sakini,

2005-ci il təvəllüdlü Əhmədov Sevdiyar İsmayıl oğlu, Borsunlu kənd sakini,

1963-cü il təvəllüdlü Nəbiyeva Qızxanım Qurban qızı, Sarov kəndin sakini,

2009-cu il təvəllüdlü Bayramova Ağgül Şəmil qızı, Bosunlu kəndi sakini,

2007-ci il təvəllüdlü Bayramova Ağcagül Şəmil, Borsunlu kəndi sakini,

2002-ci il təvəllüdlü Tağıyeva Səbinə Rəşid qızı, Veysli kəndi sakini,

1978-ci il təvəllüdlü Tağıyeva ilhamə Əmiraslan qızı, Veysli kəndi sakini,

1987-ci il təvəllüdlü Allahverdiyeva Tərlan Eldar qızı, Borsunlu kəndi sakini,

1983-cü il təvəllüdlü Hacıyeva Gülgəz Haqverdi qızı, Goranboy şəhər sakini,

1971-ci il təvəllüdlü Mahmudova Rəna Əlixan qızı, Goranboy şəhər sakini,

Qaryeva Elnarə Nizami qızı, Sarov kənd sakini,

1966-cı il təvəllüdlü Muradova Nəzakət İsrafil qızı,

1974-cü il təvəllüdlü Baxşıyeva Gülər Əlikram qızı, Dəlməmmədli sakini,

1986-cı il təvəllüdlü Zeynalova Gülnar Nürəddin qızı, Sarov kənd sakini,

1976-cı il təvəllüdlü Qarayeva Vüsalə Məhərrəm qızı, Sarov kənd sakini,

1975-ci il təvəllüdlü Mahmudova Zəminə Gündüz qızı, Sarov kənd sakini,

1973-cü il təvəllüdlü Zeynalova Aygün Gündüz qızı, Şəmmədli kənd sakini,

1967-ci il təvəllüdlü Şükürova İradə Nəriman qızı, Dəlməmmədli sakini,

1970-ci il təvəllüldü Nuriyev İlqar Rasim oğlu, Qaradağlı kənd sakini,

1998-ci il təvvəllüdlü Baxşıyev Murad Fərman oğlu, Dəlməmmədli sakini,

1987-ci il təvəllüdlü Verdiyeva Nahidə Əli qızı, Veyisli kənd sakini,

1987-ci il təvəllüdlü Quliyeva Gülahə Məflun qızı, Dəlməmmədli sakini,

2001-ci il təvəllüdlü Həsənzadə Samirə Şakir qızı, Veysli kənd sakini,

1991-ci il təvəllüdlü Tağıyev Elbəyi Əmiraslan oğlu, Veysli kənd sakinidir.

Yaralılardan Qaryeva Elnarə Nizami qızının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR