“Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək Ağdamın “Qarabağ” klubunun səfər proqramı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi iyulun 25-də İsveçrəyə yollanacaq.

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR