“Sürix”lə oyunda Şahruddin onu dinləmədi və peşman oldu -

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” oyununda (3:2) sona 5 dəqiqə qalmış Ağdam klubunun qapısına penalti təyin olunur.

Bu zaman qapı arxasındakı uşaqlardan biri - “Qarabağın 16 yaşlılardan ibarət komandasının üzvü Fərid Məmmədyarov Şahruddin Məhəmmədəliyevə Mirlind Kryeziunun penaltini sağ küncə vuracağını qışqırır. “Topdaşıyan” uşaq nə qədər qolkiperi inandırmağa çalışsa da, o, fərqli istiqamətə tullanır və “Sürix” hesab fərqini azaldır. Sonradan “Qarabağ”ın qapıçısı bütün diqqətinin oyunda olduğunu ona görə də uşağı eşitmədiyini deyib.

“Xəzər TV” idman departamentinin şefi Sənan Abdullayevin bununla bağlı hazırladığı maraqlı videosüjeti təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR