Argentinada əxlaqsız şəkli yayılan müəllimənin işdən çıxarılması tələb olundu -

Argentinanın Santa Fe əyalətindəki məktəbdə işləyən iki uşaq anası Migelina Fredesin sosial şəbəkədə paylaşdığı cəsarətli pozları başına bəla olub.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, müəllimənin paylaşımları valideynləri qəzəbləndirib və onlar məktəb direktorundan sərt addım atmağı tələb ediblər.

Valideynlər bu vəziyyətin övladlarının psixologiyasına mənfi təsir etdiyini əsas gətirərək Migelina Fredesin işdən çıxarılmasını istəyirlər.

Mövzu ilə bağlı müzakirələr davam etsə də, hələlik müəllimlə bağlı rəsmi qərar verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR