Koronavirusa yoluxan Bayden bu dərmanla sağalır -

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin həkimi onun son vəziyyəti barədə açıqlama yayıb.

Metbuat.az APA-ya istinadən bildirir ki, həkim Kevin O'Konnor COVID-19-a tutulan Baydenin "Paxlovid" dərmanı qəbul etdiyini bildirib.

Onun səhhətinin yaxşılaşdığı bildirilib.

Həkimin sözlərinə görə, Baydendə əsas simptom boğaz ağrısıdır.

Baydenin burun axması, öskürək və bədən ağrılarının əhəmiyyətli dərəcədə azaldığını bildirilən həkim onun nəbzinin, qan təzyiqinin temperaturunun normal olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR