İşçilərin gecikdirilmiş 441,6 min manat maaşının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manatməbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

Ödənilən vəsaitin 96,8 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR