Myanmada hökumət qüvvələri ilə üsyançılar arasında toqquşmalar nəticəsində 2000 adam ətraf aləmdən təcrid olunub

11:47 19 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 11:44 ]


Bakı – APA. Myanmada hökumət qüvvələri ilə üsyançılar arasında gedən toqquşmalar nəticəsində 2000-dən çox adam ətraf aləmdən təcrid olunmuş vəziyyətə düşüb.

 

APA-nın “The Global New Light of Myanmar” nəşrinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri ilə toqquşma üsyançıları nəqliyyat nazirinin konvoyuna hücuma sövq edib.

 

Nəticədə üsyançılar 3 nəfər polis əməkdaşını girov götürüblər.

 

Atışma gedən bölgədə yüzlərlə Çin vətəndaşı var. Hələlik rəsmi Pekindən təcrid olunmuş vəziyyətə düşmüş çinlilərin sayı barədə açıqlama verilmir.

 

Qeyd edək ki, Kaçin ştatı Çin və Hindistanla sərhəd zonasında yerləşir. Bu ştat 1994-cu ilədək, yəni hökumət qüvvələri nefrit yatağını ələ keçirməmişdən öncə faktiki müstəqil olub. Myanma hökumət qüvvələri ilə üsyançılar arasında toqquşmalar 2011-ci ildən başlayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR