Meymunlar sakinlərə hücum etdi,

Yaponiyanın Yamaquçi şəhərində meymunların hücumları nəticəsində uşaqlar da daxil olmaqla 42 nəfər yaralanıb.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, Yapon makakaları adətən ölkəda çox yayılmış olsa da rəsmilər baş verən hücumların normal olmadığını bildiriblər

Trankvilizator (sakitləşdirici dərman - red.) silahlar istifadə etmək istəyən rəsmilər, hücumların çoxsaylı, yoxsa tək bir aqressiv meymunun işi olduğuna əmin deyillər.

Meymunların qapı və pəncərələrdən evlərə daxil olaraq sakinlərə hücum etdiyi bildirilib. Yapon makakasının ilk bildirilən hücumu iyulun 8-də Yamaquçi şəhərində primatın mənzilə dırmaşaraq körpəni pəncərədən sürüyüb yaralaması zamanı baş verib. Şəhər rəsmiləri və polis həmin tarixdən bəri ərazini patrul edir, lakin hələ də heç bir meymun tələyə düşməyib.

Hesabatlara görə, digər hücum iyulun 11-də baş verib. Meymun ibtidai sinfə gedən daha beş nəfərə hücum edib, orada bir şagirdi yaralayıb. Üç gün sonra isə yaxınlıqdakı uşaq bağçasında dörd yaşlı qıza hücum edib. Makakanın digər qurbanları arasında yaşlı sakinlər də var.

Qeyd edək ki, Yaponiyada vəhşi təbiətdə yaşayan yüz minlərlə Yapon makakası var. Lakin onların şəhərlərdə mövcudluğu son illərdə artıb, çünki insanlarla qarşılıqlı əlaqə onların insanlardan çəkinməsinin qarşısını alır.

Çöllük ərazilərin azalması və qidanın azalması meymunlar da daxil bir çox heyvanların qida axtarışında şəhər mərkəzlərinə getməsinə, sakinlərə hücum etməsinə yol açır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR